BMT Günü

Birinci Dünya müharibəsi (1914-1918) 15 milyon insanın həyatına son qoydu. Müharibənin bütün dəhşətlərini görmüş Avropa xalqları birgə bəyanat qəbul etdilər: «Müharibə olmasın!» Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal sülh konfransında (1914) sülhü müdafiə etmək naminə beynəlxalq birliyin yaradılması ideyası irəli sürüldü. Bu ideyanın müəllifi ABŞ prezidenti Vudro Vilson idi. Bu təklif konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və Millətlər Cəmiyyəti adlanan beynəlxalq təşkilat yaradıldı. Bu təşkilat elə yarandığı ilk gündən çətinliklərlə qarşılaşdı. ABŞ Senatı Vilsonun Millətlər Cəmiyyətinə daxil olmaq barədə təklifini rədd etdi. SSRİ yalnız 193-cü ildə bu təşkilata daxil oldu, lakin tezliklə — 1939-cu ildə Finlandiya ilə müharibədə təqsirləndirilərək oradan qovuldu.

Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və təhlükəsizlik üzrə xüsusi komissiya yaratdı. Həmin dövrdə Millətlər Cəmiyyətinin üzvü olan bütün ölkələr yeni müharibənin alovlanmasına yol verməmək üçün təntənəli şəkildə and içdilər. Ancaq andın mətni son dərəcə qeyri-müəyyən idi: dünyada heç bir ölkəbaşqa ölkəyə hücum edib müharibəyə başlaya bilməzdi. Tələb belə idi: bütün müharibələr müdafiə xarakteri daşımalı idi. Buna baxmayaraq 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi.
Ardı →

Milli Dirçəliş Günü

17 noyabr dövlətimiz və xalqımız tərəfindən «Milli Dirçəliş Günü» kimi bayram edilir.
1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.

Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
Ardı →

Konstitusiya günü

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu — Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyasıdır. 
"Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi belə adlanır. Demokratik dövlət olan ABŞ-da nümayəndəli demokratiyanın yaranması hökumətin qərar qəbul etmək üçün istinad edə biləcəyi müəyyən qaydaların olmasına zərurət yaratdı. Nəticədə dünyada ilk dəfə olaraq dövlət quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərarqəbul etmə qaydalarını müəyyənləşdirən ali qanun — Konstitusiya yaradıldı.

Müasir dövlətlərin çoxunun konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalara əsaslanır. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir hallarda dəyişdirilir. Belə dəyişikliklər, adətən, müharibələr, inqilablar və ya ölkənin siyasi kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verir.
Ardı →

Prokurorluq işçiləri günü

Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Ardı →

Bilik Günü

Bilik gunu
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.ə.s) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik vəağıl sahibi Həzrəti Əli(ə) müəllimə dəyər verərkən «Mənə bir hərf öyrədənin köləsi olaram» demişdi.
Ardı →

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

Azərbaycan Əlifbası və Azərbaycan dili Gunu
Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən vəəlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.
Ardı →

Milli Mətbuat və Jurnalistika Günü

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. 
Ardı →

Azərbaycan Polisi Günü

Azərbaycan polisləriAzərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin vəəmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. 

AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində «milis» adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır. 
Ardı →

Azərbaycan Silahlı Qüvvələri Günü

 Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu addımlarından biri Milli ordunun yaradılması oldu. Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən «azad» edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxartmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını vəətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Ardı →

Səhiyyə İşçiləri Günü

Səhiyyə İşciləri Gunuİnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığıən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığını qoruyan qədim peşə sahibləri isə həkimlərdir. Hələ lap qədim zamanlardan insanın sağlamlıq problemləri elmli adamları çox maraqlandırırdı. Buradan da həkimlik peşəsi meydana gəlmişdi. 

Qədim Misir kahinləri həm də tibb elminə bələd idilər. Onlar fironların və əyanların meyitlərini mumiyalamaq üçün onların bədənini yarır və insan orqanizminin quruluşu ilə tanış olurdular. Arxeoloji qazıntılar zamanı tapılmış cərrahiyyə alətləri də bunu sübut edir. Qədim şumerlər, hindlilər, çinlilər və başqa xalqlara da tibbi biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn Sinanın tibb kitabları uzun illər boyu Avropa alimlərinin stolüstü kitabı olmuşdur.
Ardı →